Stulunu niyə yerinə çəkirsən? - Səbəbi
01:55
| Ana səhifə Planet |
|
Çin İrana J-10 qırıcılarını verə bilər.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Çin mətbuatı yayıb.
2020-ci ilə qədər Çinin İrana 24 hərbi təyyarə verə biləcəyi vurğulanır. Bunun əvəzində isə Tehran Çinə 20 il ərzində böyük "Azadeqan" neft yatağının işlədilməsi haqqını verəcək. Əgər İran J-10 qırıcılarını əldə etsə, o zaman Tehran bütün Fars körfəzinə nəzarət etməklə bərabər, İsrailə zərbələr endirib, geri qayıtmaq imkanlarına da sahib olacaq.
Qeyd edək ki, İran bu ilin sonuna qədər Rusiyadan C-300 zenit raket sistemlərini də alacaq.
|
Tarix
2015.08.05 / 19:27
|
Müəllif
İlkin Həsənov
|