Stulunu niyə yerinə çəkirsən? - Səbəbi
01:55
| Ana səhifə Planet |
|
Əgər İran gələcək 10 il ərzində nüvə razılaşmasını pozarsa, ABŞ bütün sanksiyaları yenidən bərpa edəcək.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Barak Obama Amerika Universitetində çıxışı zamanı deyib. O, İranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verməyəcəklərini bildirib:
"Bu razılaşma çərçivəsində İranın heç bir zaman nüvə silahı əldə etməsinə icazə verilməyəcək. Əgər İran gələcək 10 il ərzində müqaviləni pozarsa, ABŞ bütün sanksiyaları yenidən bərpa edəcək. Bunun üçün BMT Təhlükəsizlik Şurasının digər üzvlərinin dəstəyinə ehtiyacımız yoxdur. Əgər İran bizi aldadarsa, onlara mane olacağıq".
|
Tarix
2015.08.06 / 12:52
|
Müəllif
İlham Sahiloğlu
|