İspaniyada fişəng festivalında partlayış: 27 yaralı - Video
16:55
| Ana səhifə Planet |
|
Antalyada baş verən yol qəzası nəticəsində 4 nəfər ölüb.
Axar.az xəbər verir ki, "Kilit Qlobal" turist avtobusu Pamuqqaladan Antalyaya gedərkən qəzaya uğrayıb. Türkiyəli sürücü idarəetməni qəflətən itirib və içində turistlərin olduğu avtobus aşıb. Nəticədə 4 nəfər ölüb, 38 nəfər isə yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Turistlərin içərisində 23 nəfər Rusiya vətəndaşı da var ki, onlardan ikisinin vəziyyəti olduqca ağırdır.
Rusiyanın Antalyadakı Baş Konsulluğu 23 yaralının adlarını dəqiqləşdirib, hələlik, rus turistlər içərisində ölənin olmadığı bildirilir.
|
Tarix
2015.08.07 / 01:55
|
Müəllif
Pərviz Həsənov
|