Rusiya Cənubi Osetiyada
beynəlxalq və milli hüquq prinsipləri çərçivəsində sərt, amma lazım
olan addımı atdı.
Axar.az xəbər verir ki, bu barədə Feysbuk səhifəsində Rusiya Baş
naziri Dmitri Medvedyev yazıb. O, 8 avqust hadisələrinin 7-ci
ildönümündə önəmli etiraflar edib:
"Yeddi il əvvəl Gürcüstan ordusu ağır silahlar, tanklar və
təyyarələrdən istifadə etməklə Tsxinvalidə ev, xəstəxana,
məktəblərə qorxunc hücum reallaşdırdı. Yalnız bir neçə saat ərzində
minlərlə insan, BMT çərçivəsində sülhü qorumaq üçün bölgədə xidmət
keçən rus əsgərləri öldü. Bu insanların ölümü beynəlxalq hüququn
ağır şəkildə pozulması və dəhşətli cinayət idi. Rusiya Cənubi
Osetiyada beynəlxalq və milli hüquq prinsipləri çərçivəsində sərt,
amma lazım olan addımı atdı. Rusiyanın əsas məqsədi insanların
ölməsini və fəlakətin qarşısını almaq idi".
Medvedyev Rusiyanın Qafqazda daima sülhün qorunmasına
çalışdığını bildirib:
"Rusiya hər zaman Qafqazda sülhün təmin edilməsinə çalışdı. Bu
gün Abxaziya ilə Cənubi Osetiyada sabitliyin qorunmasına kömək
edirik. Son zamanlardakı hadisələr qarşısında bir daha əmin oluruq
ki, daxili qarşıdurmalar sülh yolu ilə həll edilməlidir".
Qeyd edək ki, Rusiya ilə Gürcüstan arasında savaş 2008-ci ilin
avqustun 8-də başlamışdı. Müharibənin sonunda Cənubi Osetiya
Gürcüstandan ayrılmış, bir müddət sonra isə Moskva Abxaziya və
Cənubi Osetiyanın müstəqilliyini tanımışdı.