Yuxarı

Qərb Rusiya neftindən imtina edir – Kremlə öldürücü zərbə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərb Rusiya neftindən imtina edir – Kremlə öldürücü zərbə

Moskvaya qarşı hazırkı sanksiyalar arzu edilən effekti vermir, Kremli durdurmaq üçün Qərb Rusiya enerji resurslarının Avropa Birliyinə ixracını məhdudlaşdıracaq. Musavat.com-un məlumatına görə, bu barədə "Nyusvik" jurnalı xəbər verir.

Qeyd edilir ki, Rusiyadan neft alqısına qadağa bu ölkənin iqtisadiyyatına ciddi zərbə olacaq, çünki Rusiya büdcəsinin 40%-i xam neftin satışından əldə olunan gəlirlər hesabına formalaşır.

"Və əgər Moskva cəza kimi ölkənin SWİFT beynəlxalq bank ödəmə sistemindən uzaqlaşdırılmasına qarşı hansısa ehtiyat varianta malikdirsə, Avropa Birliyinin neft embarqosu Kremlin asan aşa bilməyəcəyi fiziki maneə olacaq" – nəşr vurğulayır.

Müəlliflərə görə, Avropa Birliyi nefti tankerlər vasitəsilə başqa ölkələrdən də ala bilərlər. Moskva da təzə tərəfdaşlar tapa bilər, ancaq o, loqistik və infrastruktur problemləri ilə üzləşəcək ki, onların həllinə də bir neçə il sərf olunacaq.

AB belə bir embarqodan ən çox ziyan çəkəcək müəssisələrə onlara xüsusi kömək təklif eləməklə kompensasiya ödəyə bilər. Rusiya ixrac neftinə tam qadağa qoyulması Kremlə güclü bir siqnal olacaq və onun Avropa Birliyindən asılılığını nümayiş etdirəcək.

Bu təklif artıq Vaşinqtonda bəyənilib. Amerika neftinin dünya bazarına çıxması neft embarqosunun AB-yə təzyiqini azaldar və Rusiya üçün yeni satış bazarı axtarışınını çətinləşdirərdi.

Tarix
2015.08.09 / 10:38
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla