10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı
02:05
| Ana səhifə Planet |
|
ABŞ-ın Missuri ştatınının Ferqyuson şəhərində qaradərili Maykl Braunun polis tərəfindən öldürülməsinin ildönümü ilə əlaqədar etiraz aksiyaları başlayıb.
Axar.az xəbər verir ki, nümayişlərin davam etdiyi Sent-Luis şəhərində baş verən hadisələrindən sonra bölgədə fövqəladə vəziyyət elan edilib.
Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına butulkalar və daşlar atıblar. Bundan sonra polis aksiyanı dağıtmaq əmri alıb.
"Təhlükəsizlik bizim başlıca vəzifəmizdir. Bu artıq dinc etiraz deyil. İştirakçılar qanuna əməl etmirlər", - polis əməkdaşları bildirib.
Etiraz aksiyalarında təxminən 50 nəfər saxlanılıb.
|
Tarix
2015.08.11 / 13:04
|
Müəllif
Nərgiz Ağazadə
|