Yuxarı

Ərdoğan İlham Əliyevlə Qazaxıstanı müzakirə etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan İlham Əliyevlə Qazaxıstanı müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, liderlər Qazaxıstandakı son hadisələri müzakirə ediblər.

Türkiyə dövlət başçısı Qazaxıstanda baş verən olayları diqqətlə izlədiyini və Qazaxıstanla həmrəy olduğunu qeyd edib.

Danışıqlar zamanı Ərdoğan Qazaxıstanın yeni hökumətinin tezliklə formalaşmasına ümid etdiyini bildirib.

"Türkiyə lazım gələrsə, Qazaxıstanla təcrübə və texniki biliklərini bölüşməyə hazırdır", - Ərdoğan söyləyib.

Bundan əlavə, Ərdoğan Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin digər liderləri ilə də telefon danışığı aparıb.

Həmçinin, Türkiyə prezidenti Azərbaycan, Qırğızıstan və Özbəkistan dövlət başçıları İlham Əliyev, Sadır Japarov və Şövkət Mirziyayevlə söhbəti zamanı Qazaxıstanın dialoq vasitəsilə problemlərin öhdəsindən gələcəyinə əmin olduğunu ifadə edib.

Qeyd edək ki, hazırda təşkilata məhz Türkiyə sədrlik edir.

Tarix
2022.01.06 / 19:27
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla