Rusiyada öldürülən müxalifət lideri Boris Nemtsovun qızı
Janna Nemtsova atasının qətli ilə bağlı Rusiya istintaq komitəsinin
Çeçenistan prezidenti Ramzan Kadırovu dindirməkdən imtina etdiyinə
görə məhkəməyə müraciət edib.
ANS-in məlumatına görə, bu haqda Jannanın vəkili Vadim Proxorov
açıqlama verib.
Rusiyanın Basman rayon məhkəməsi Janna Nemtsovanın müraciətini
nəzərə alacağını bildirib.
Müraciətdə həmçinin vəkil, Şelkov rayonunun daxili işlər rəyisi
Vaxi Geremeyev, "Cənub"
Batalyonunun komandiri Alibek Delimxanov, dövlət dumasının deputatı
Adam Delimxanov və Federasiya Şurasının üzvü Süleyman Geremeyevin
də dindirilməməsinin qanunsuz olduğu bildirilir.
Bu şəxslərin dindirilməsi haqqında iddia 22 aprel tarixində
qaldırılmışdı. Keçmiş istintaq qrupunun rəhbəri general mayor İqor
Krasnıy bu iddianı qismən yerinə yetrib, yəni o "Cənub"
batalyonunun komandiri Geremeyevi dindirməyə razı olub. İndi isə
onun yeri heç kəsə məlum deyil.
Digər şahidlərin dindirilməməsinin səbəbi isə vəkillərin həmin
şəxslərin dindirilməsinə yetərli səbəbin olmaması və onlara hansı
sualların verilməsinin aydın olmaması göstərilib.
Nemtsovun uşaqlarının vəkillərinin sözlərinə görə, bu insanların
dindirilməməsinə səbəb onların maddi vəziyyəti, həmin şəxslərlə
qohumluq əlaqələri ilə bağlı olmasıdır.
Çeçenistan prezidenti Ramzan Kadırov isə bildirb ki, Nemtsovun
ölümü ilə bağlı şahid qismində çıxış etməyə razı olduğunu bildirib.
"Mən böyük məmnuniyyətlə məhkəmədə şahidlik edə bilərəm. Heç bir
problem yoxdur. Əgər mərhumun uşaqları bunu istəyirlərsə, mən buna
hazıram", deyə Ramzan Kadırov bildirib.
Rusiyalı diplomat Boris Nemtsov bu il fevralın 28-də axşam
saatlarında Rusiyada naməlum şəxslər tərəfindən güllələnib. Onun
işi ilə bağlı 5 nəfər həbs olunub. Aparılan istintaqın nəticələrinə
görə, qətlin icraçısı Zaur Dadaev, digər 4 nəfər isə qətlin
icrasında ona kömək ediblər.