Yuxarı

Yer Kürəsi tarixinin ən hündür dalğası...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndiyədək Yer kürəsində qeydə alınmış ən hündür dəniz dalğası müəyyənləşib.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, alimlərin fikrincə, 1958-ci ildə Alyaskada qeydə alınmış 524 metrlik dalğa Yer kürəsi tarixinin ən hündür dalğasıdır.

Həmin ilin iyul aylında Alyaskanın cənub-şərq sahillərində maqnitudası 8,3 bal olan güclü zəlzələ baş verib. Zəlzələnin əmələ gətirdiyi böyük sürüşmə sahilə çıxan nəhəng sunami dalğasının yaranmasına səbəb olub.

Sürüşmə nəticəsində Lituyya körfəzində təxminən 30 milyon kubmetr süxur suya düşüb və nəticədə 524 metr hündürlükdə dalğa əmələ gəlib. Bu, Nyu Yorkdakı məşhur "Empire State Building” göydələnindən (443 metr) hündürdür.

Dalğanın hündürlüyünə hətta Lituyya körfəzinin forması da öz təsirini göstərib. Bu barədə Corciya ştatındakı Texnologiya Universitetinin alimi German Frits danışıb:

"Bu dalğa tarixdə qeydə alınan ən böyük dalğadır. Fikrimcə, daha əvvəllər bundan da hündür dalğalar olub, lakin onlar lap çoxdan əmələ gəlib və yalnız geoloji çöküntülər üzrə barələrində mühakimə yeritmək olar. Sürüşmənin yaratdığı adi sunami zamanı dalğalar yelpikvari hərəkət edir. Lakin Lituyya körfəzinin ensiz forması və dik yamaclar dalğanın bir istiqamətə üz tutmasına şərait yaradıb. Su başqa yerə hərəkət edə bilməyərək yuxarı qalxmağa məcbur olub. Bu səbəbdən dalğaların hündürlüyü belə böyük olub”.

Tarix
2022.04.10 / 23:57
Müəllif
Axar.az
Digər xəbərlər

Primakovun hay-küyü: Bakıda "Rus kəşfiyyat evi?" - Video

İcra Hakimiyyəti ilə keçmiş işçisi arasında qalmaqal

Vardanyanın vəsatəti təmin edilmədi: məhkəmə baxışı başlayır

Arutyunyan məhkəməyə sənəd verdi, işə əlavə olundu

Paşinyan Suriyaya Kostanyanı göndərdi – Yeni siyasət

AŞPA Bakıya qarşı etdiyini Tiflisə də edəcək

Kobaxidze: AB-nin bu qərarı simvolik xarakter daşıyır

Rusiyalı keçmiş hakim Bakıda saxlanıldı

İrandakı səfirliyimizdə terror hücumu ilə bağlı anım mərasimi

Bu ölkələrə səyahət edəndə virusa yoluxa bilərsiniz – Diqqət

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla