Yuxarı

Osmanlıda azan səsinin kəsildiyi tək gün – Tarix

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Osmanlıda azan səsinin kəsildiyi tək gün – Tarix

Osmanlıda İstanbulun fəthindən bu günə qədər cümə namazının qılınmadığı, azan səsinin eşidilmədiyi gün olmayıb. Lakin 1730-cu il 29 sentyabr tarixində Osmanlı imperatorluğunda bir istisna yaşanıb. Həmin günün cüməyə təsadüf etməsinə baxmayaraq, Osmanlıda nə azan səsi eşidilib, nə də cümə namazı qılınıb.

Axar.az xəbər verir ki, Pasarofça müqaviləsindən Patron Xəlil üsyanına qədər olan 12 illik dövr Osmanlıda "Lalə dövrü" kimi tanınıb. Bu dövrə mədəniyyət, ədəbiyyat, sənət sahəsindəki inkişaf və bir sıra yeniliklər öz möhürünü vurub.

Bir müddət sonra isə bu dövrün sonunu gətirən qiyam başlayıb.

Bir gün "Bəyazid hamamı"nın camadarlarından olan insanlar Patron Xəlilin əmri ilə küçələrə axışaraq bir neçə dəqiqə içində özlərinə minlərlə tərəfdaş topladı. Lakin nə saray rəhbərliyi, nə də üsyançılar nə edəcəklərinin fərqində deyildi. Səhəri gün Patron Xəlil ilə yeniçərilər arasındakı ilk ciddi görüşmə baş tutdu. Bu vaxt "Dəli İbrahim" ləqəbli bir şəxs Patron Xəlil və yeniçəri ağalarının qarşısına çıxıb qəribə fikir səsləndirdi:

"Mübarək bir iş üçün ayağa qalxmısınız. Zalımları mühakimə edəcəksiniz. Belə bir gündə azan səsləndirib, namaz qılmaq olmaz".

Nə qədər qəribə görünsə də, Dəli İbrahimin fitvası ilə həmin gün məscidlər bağlandı, azan oxunması qadağan edildi.

Beləliklə, 1730-cu il 29 sentyabr günü Osmanlı imperiyasında azanın eşidilmədiyi yeganə gün kimi tarixə düşüb.

Tarix
2015.09.18 / 08:15
Müəllif
Natiq Azəri
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla