Yuxarı

Krım körpüsündə partlayış baş verdi - Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Krım körpüsündə partlayış baş verdi - Yeniləndi

09:35

Krım körpüsündə yanacaq çəni yanıb, oradakı nəqliyyatın hərəkəti dayandırılıb.

Axar.az xəbər verir ki, bu barədə "Taman" yol idarəsi məlumat verib.

Krımın Fövqəladə Hallar Xidmətinin məlumatına görə, körpüdə qatarların hərəkəti də dayandırılıb.

"Naviqasiya tağlarına ziyan dəyməyib. Səbəb və nəticələr barədə danışmaq tezdir. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır", - yerli orqanlardan bildiriblər.

Qeyd edək ki, Krım körpüsü Rusiyanın ən uzun körpüsüdür, uzunluğu 19 kilometrdir. Körpü Rusiya ilə Ukraynanın işğal altındakı Krım yarımadasını birləşdirir. Avtomobil hissəsi 2018-ci ilin may ayında istismara verilib. 2019-cu ilin dekabrında isə onun dəmir yolu hissəsi ilə ilk qatarlar hərəkət etməyə başlayıb.

***

Krım körpüsündə baş verən yanğın söndürülüb, hazırda açıq yanma yoxdur.

Bu barədə RİA Rusiya Fövqəladə Hallar Nazirliyinə əsasən məlumat yayıb.

“Krım körpüsündə dizel yanacağı ilə yüklü olan dəmir yolu qatarındakı yanğı söndürülüb, hazırda açıq yanma yoxdur. Söndürmə işlərinə 250 nəfər heyət, 70 texnika cəlb olunub”, - məlumatda bildirilir.

Tarix
2022.10.08 / 12:11
Müəllif
Axar.az
Digər xəbərlər

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir - Prezident

Bakı və Dehli münasibətləri istiləşir?

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla