Yuxarı

KİV: Kreml xarici siyasətində mafiyadan istifadə edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
KİV: Kreml xarici siyasətində mafiyadan istifadə edir

Rusiya özünün xarici siyasətində aktiv şəkildə mafiya və kriminal qüvvələrdən istifadə edir.

Axar.az xəbər verir ki, bu iddia ilə "Blumberq" agentliyi çıxış edib. Agentlik Kremlin bu qüvvələrdən yalnız rəsmi şəkildə müdaxilə edə bilmədiyi zonalarda istifadə olunduğunu bildirib:

"FTB və MKİ-nin məlumatlarına görə, Rusiya dünyanın ən təcrübəli kibercinayətkarlarının evinə çevrilib. Kreml onlarla çox sıx əlaqədədir. Moskva aktiv şəkildə öz diqqətini ABŞ, Avropa və Kanadadakı vacib infrastrukturlara yönəldib. Hətta bir müddət öncə "Kroudstrayk" şirkətinin həmtəsisçisi olan Dmitri Alperoviç çıxışı zamanı Rusiya xüsusi xidmət orqanlarının hakerlər ordusu yaratdığını bildirmişdi. Rusiyada texniki cəhətdən çox təcrübəli adam üzə çıxan kimi dərhal yox olur və hətta sonralar ondan heç bir informasiya almaq mümkün olmur. Moskva həmçinin Dnesteryanı, Abxaziya, Cənubi Osetiya və Donbas separatçılarının cinayət aləmindəki dəstəyinə güvənir. Rusiya 2003-cü ildə Gürcüstandakı "Qızılgül" və 2004-cü ildə Ukraynadakı "Narıncı" inqilabdan öncə hər iki ölkəni ələ keçirməyə cəhd edirdi. Korrupsiya və kölgə şəbəkələr həmin dövrdə artıq səfərbər edilmişdi. Əsas məqsəd Ukrayna hakimiyyətinin reformlar keçirməsinin qarşısını almaq idi. Onlar faktiki olaraq, bunu bacardılar. Cinayətkar vasitələrlə Kiyevi sərfəli olmayan qaz müqaviləsini imzalamağa məcbur etdilər. Nəticədə "Narıncı" inqilab çökdü və hakimiyyətə rusiyayönlü qüvvələr gəldi. Kreml indi bu hadisəni Ukraynanın şərqində yeni seçkilər keçirməklə təkrarlamağa çalışır. Donbasda keçiriləcək yerli seçkilərdə səhra komandirləri yox, 2014-cü ilə qədər buranı idarə edən oliqarxlara dəstək veriləcək. Bununla da Moskva Kiyevə təzyiq etməyə çalışacaq".

Tarix
2015.10.29 / 18:11
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla