Yuxarı

Ukraynada azərbaycanlı dostunu öldürdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynada azərbaycanlı dostunu öldürdü

Xerson vilayət milisi terror əleyhinə əməliyyat zonasından ərzaq alan adamı qətlə yetirən Azərbaycan vətəndaşını axtarır. Bu barədə khersonline.net məlumat yayıb.

Terrorçuların nəzarət etdikləri Snejnoya şəhərinin sakini ailəsi üçün ərzaq almağa Xersonşinaya yollanıb. Onun başı paralanmış cəsədini Kaxovski rayonu ərazisində suvarma kanalının sahilində tapıblar.

Yerli cinayət-axtarış şöbəsinin müstəntiqləri həlak olanın bura yalnız deyil, yerlisi ilə gəldiyini müəyyən ediblər. Onlar birlikdə Yeni Kaxovka şəhərində məskunlaşmış Azərbaycan vətəndaşının yanında yerləşiblər.

Qonaqlar əliaçıq ev sahibi ilə möhkəm içiblər. Alverə gələnin 35 yaşlı dostu yatmağa yollanıb, daha "dözümlülər" isə yeyib-içməyə davam ediblər.

Gecə yarısı oyanan qonaq dostunu yerində tapmayıb, evin sahibinin isə mənzildə var-gəl etdiyini görüb.

Onun harada olduğunu soruşan qonaq azərbaycanlıdan şokedici cavab alıb: "Biz onunla mübahisə etdik, mən onu öldürdüm, cəsədi hamamdadır".

Cütlük izləri itirməyə çalışıb, cəsədi qatilin icarəyə götürdüyü "Jiquli" markalı avtomobilə qoyaraq suvarma kanalına aparıblar, orada isə suya atıblar.

Snejnoyanın sakini geriyə "Donetsk Xalq Respublikası"na getməyə çalışıb. Amma Zatsevoda onu milisin əvvəlcədən göndərdiyi əlamətlər üzrə tanıyıblar və onu nəzarət altında Kaxovkaya gətiriblər.

Dünən - noyabr ayının 2-də məhkəmə onu istintaq müddəti üçün həbs edib. Qətlə yetirilənin dostu daha "maraqlı" şəxsiyyət çıxıb. Belə ki, "DXR" sakini üç dəfə məhkum edilib (üçüncü dəfə böyük həcmdə narkotik vasitələrin satışına görə 7 il azadlıqdan məhrum edilib). Ümumilikdə isə 20 ildən çox həbsdə olub.

İndi onu daha bir məhkumluq həyatı gözləyir, bu dəfə xüsusi ağır cinayət barədə xəbər vermədiyi üçün. Qatilin özünə gəldikdə isə o, qaçmağa müvəffəq olub. Hələlik onun qətlə yetirilənin qan izləri olan maşınını tapıblar (oxu.az).

Tarix
2015.11.03 / 20:09
Müəllif
Axar.az
Digər xəbərlər

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

İran səfiri İlham Əliyevə təşəkkür etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Paşinyan Anna ilə barışdı

Xəzər dənizindəki limanlara hücum... – İran səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla