Yuxarı

“Suriya Xəzərdən vurulmadı, ancaq...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Suriya Xəzərdən vurulmadı, ancaq...”

Suriya müharibəsi ötən həftə sensasiyalı hadisələrlə zəngin olmadı, Xəzər donanması da raket zərbələri endirmədi.

Axar.az xəbər verir ki, bu barədə İspaniya nəşri "La Vanquardia" geniş məqalə dərc edib.

"Rusiya Prezidenti Vladimir Putin Rusiya cəmiyyətinin əksəriyyətinin ən çox hörmət etdiyi fiqurdur. Putinin məşhurluğu danılmazdır. Əhalinin 89,9 faizi sosioloji sorğuya əsasən, Rusiya liderini dəstəkləyir və bu, məşhurluğun mütləq rekordudur. Bundan istifadə edən Putin 2008-ci ildə Gürcüstan torpaqlarını ələ keçirdi, Ukraynanın şərqini nəzarət altına aldı", - İspaniya mətbuatı qeyd edib.

"La Vanquardia" nəşri Litvanın Baş naziri Alqirdas Butkyaviçusun sözlərinin həqiqəti əks etdirdiyini bildirib:

"Biz yalnız buna ümid edə bilərik ki, NATO-nun siyasəti və sanksiyalar Rusiyanı dayandıra bilər".

Qərb mətbuatı hətta Estoniyanın Avropaya meyilli siyasətinin də bir nəticə verməyəcəyini vurğulayıb: "Estoniya da təhlükəli qonşudan yüksək divarla ayrılmağa çalışır. Ancaq nə simvolların qadağası, nə qanun, nə divar rusları dayandıra biləcək. Rusiya Baltik torpaqlarında əbədi olaraq qalacaq. Estoniya Sovet izini tarixin ən dərin qatına dəfn etsə də, o yaşayır".

Prezident Vladimir Putin elan etdi ki, ABŞ-ın Rusiya əleyhinə siyasətinə cavab olaraq, Kreml raket əleyhinə müdafiə bəndlərini gücləndirməyə davam edəcək və öz nüvə arsenalını gücləndirəcək:

"Biz qoruyucu sistemləri inkişaf etdirəcəyik, elə bir səviyyəyə ki, istənilən qalxanın öhdəsindən gəlməyə müvəffəq olaq".

İspaniya mediası Rusiyanın aqressiv siyasətinə baxmayaraq, Paris teraktından sonra terrorçulara qarşı mübarizənin birgə təşkil ediləcəyini istisna etməyib.

Nəşr qeyd edir ki, Paris bu an ən kədərli gününü yaşayır. 40 ildir ki, İslam ekstremistləri tərəfindən törədilən partlayışlar və qarşıdurmalar azalmayacaq, davam edəcək. Hətta İŞİD yeni hücumlarla Fransanı təhdid edir. Cəmiyyətin sabitliyini təmin etmək, normal həyatın təminatı üçün qanunları sərtləşdirmək lazımdır.

"Suriya müharibəsi ötən həftə sensasiyalı hadisələrlə zəngin olmadı, Xəzər donanması da raket zərbələri endirmədi. Ancaq sonrakı gedişat daha mürəkkəb olacaq, Fransa əvvəlki kimi yalnız havadan terrorçulara zərbələr endirməyəcək", - "La Vanquardia" qeyd edib.

Tarix
2015.11.17 / 09:18
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Sülh sazişinə çox az qaldı - Vilson

Erməni diplomat: Bakı İrəvandan ərazi tələb edə bilər!

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla