
Xameneiyə sui-qəsd İsrailə baha başa gələr - 3 səbəb
07:00
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Niderlandda koronavirusla bağlı karantin rejimi ləğv edilib.
Axar.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə, rifah və idman naziri Ernst Kuipers bildirib.
Belə ki, Nazirlər Kabineti ölkədə bu günə qədər qüvvədə olan koronavirusa qarşı mübarizə tədbirlərinin ləğv edilməsi barədə qərar verib.
Nazirin sözlərinə görə, xəstəliyin simptomları aşkar edildikdə özünütəcrid və testdən keçmək tövsiyəsi də ləğv edilib. Bu isə o deməkdir ki, Niderlandda koronavirusla mübarizəyə yanaşma respirator virus infeksiyaları ilə mübarizə ilə eyni olacaq.
"İndi bunu həqiqətən də qrip adlandırmaq olar", - nazir vurğulayıb.
Tarix
2023.03.10 / 21:58
|
Müəllif
Axar.az
|