Yuxarı

Lotu Quliyə ağır zərbə: Dəstəsi ələ keçdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lotu Quliyə ağır zərbə: Dəstəsi ələ keçdi

Rusiyada adam oğurluğu ilə məşğul olan qrupun üç üzvü tutulub.

APA-nın xəbərinə görə, Rusiya Daxili İşlər Nazirliyinin saytına yerləşdirilən məlumatda bildirilir ki, tutulan şəxslər hazırda Azərbaycanda cəza çəkən qanuni oğru Lotu Qulinin nəzarətində olan qrupun üzvləridir.

Onlar bu ilin sentyabrında Moskvada avtomobil alıcısı kimi iş adamı ilə görüşərək, onu silahla hədələyib, "Ford Explorer" maşınını əlindən alıblar. Sonra isə iş adamını Podolska apararaq ondan sərbəst buraxılması müqabilində 400 min rubl tələb ediblər. Pulu aldıqdan sonra isə iş adamı sərbəst buraxıblar. Bu fakt üzrə cinayət işi başlanılıb.

Saxlanılanlardan ikisi Azərbaycan, biri Gürcüstan əsillidir. Polisin məlumatına görə, onlar Rusiyanın müxtəlif regionlarında avtosalon dayanacaqlarında silsilə yanğınlar törətməkdə də günahlandırılırlar. Təqsirləndirilən şəxslər avtosalon sahiblərinin onların haqq vermək tələbinə əməl etməmələrinə görə bu addımı atıblar.

"Bununla yanaşı, qrupun iki üzvünün bu ilin mayında 10 milyon dollar haqq almaq məqsədilə bir nəfərin oğurlanmasında əli olduğu barədə informasiya da yoxlanılır", - deyə Rusiya DİN-in məlumatında bildirilir.

Hazırda mütəşəkkil qrupun digər üzlərinin və onların digər qanunsuz əməllərinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Tarix
2015.11.21 / 11:31
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzində...

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirildi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib?

Bakının bu görüşlərə tamhüquqlu iştirakçı kimi qoşulması...

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi - Foto

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlir

Azərbaycan Qırğızıstana nələr satıb? – 24 ədəd maşın...

Prezident və xanımının şərəfinə dövlət ziyafəti verildi

Prezidentlərin iştirakı ilə iclas keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla