Yuxarı

Çin yardım etməsə, Rusiya müharibəni uduzacaq – Strelkov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin yardım etməsə, Rusiya müharibəni uduzacaq – Strelkov

Rusiyanın Ukraynadakı mövqeyi acınacaqlıdır. Baxmut və Avdeyevka istiqamətlərində Rusiyanın hücumları uğursuzluqla nəticələnib.

Axar.az xəbər verir ki, bunu Donbas separatçılarının keçmiş rəhbəri İqor Strelkov deyib.

"Görünür, rus ordusunun qüvvələri xeyli tükənib. Avdeyevka yaxınlığında bizim hücumumuz da bataqlığa düşdü, çox ağır itkilərə baxmayaraq, oranı mühasirəyə almaq mümkün olmadı. Ümumiyyətlə, qış hücumumuz tamamilə çökdü. İndi isə kənardan düşmənin gedişini gözləmək lazımdır. Məndən asılı olsaydı, Soledar kimi, Baxmuta qətiyyən basqın etməzdim. Ümumiyyətlə, bu hücum istiqamətini çıxılmaz nöqtə hesab edirəm”, - o bildirib.

Strelkov vurğulayıb ki, Rusiya bu müharibədə Çinin köməyi olmadan qələbə qazana bilməyəcək:

“Rusiya NATO-ya qarşı müharibə apara bilməz, hətta Ukrayna NATO adına yalnız vuruşsa belə, alyansın silahları ilə vuruşur. Təəssüf ki, Rusiya 30 ildə bütün hərbi-sənaye potensialını itirib. Biz çox silah istehsal edə bilmirik. Bizdə elektronika istehsalı yoxdur. Biz heç özümüz rezin istehsal etmirik. Çinin genişmiqyaslı yardımı olmadan biz bu müharibəni uduzacağıq!”

Tarix
2023.04.05 / 10:05
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla