Suriyada bir müharibə var, bu müharibənin pis övladı
İŞİD-dir.
Publika.az xəbər verir ki, bu barədə
türkiyəli yazar Selçkun Düzgün "Suriya Səlcuqları Dövləti" adlı
yazısında bildirib.
Onun sözlərinə görə, Əsəd, Rusiya, İran, Avropa Birliyi, ABŞ,
həmçinin, Türkiyə İŞİD-lə savaşır: "Məsələnin maraqlı tərəfi
İŞİD-lə müharibə aparanların bir-birinə qarşı da savaşmasıdır. Son
dövrlər baş verənlər İŞİD-lə müharibə aparanların əsl məqsədinin
başqa olduğunu göstərir. Bu hədəf Türkiyədir.
Rusiyanı, Çini, İranı bir araya gətirən, Avropa Birliyi və
ABŞ-ın kənardan izlədiyi, erməni, yunan, PKK işbirliyinin içəridən
qan əmdiyi bu koalisiyanın məqsədi çox sadədir: türk millərinin
Türk Birliyinə gedən yolunu bağlamaq, 1071-ci ilin intiqamını
alaraq Türkü gəldiyi coğrafiyalara geri göndərməkdir. Halbuki
bilmirlər ki, türklər 1071-ci ildə ilk dəfə deyil, son dəfə bu
torpaqlara gəldi və burada sonsuza qədər yurd saldı. Türkiyəyə
qarşı formalaşdırılan koalisiyaları bir uyğur atalar sözü ilə şərh
etmək mümkündür: kəndin itləri qurdu görəndə birləşirlər".
S.Düzgün qeyd edir ki, sonda Suriya bölünəcək və orada müxtəlif
etnik, məzhəb dövlətləri qurulacaq:
"Türkiyənin Suriyadakı türkmanlara ən gözəl yatırımı orada yeni
bir Türk dövlətinin qurulması ola bilər. Dövlətin adı Suriya
Səlcuqları Dövləti, bayrağı göy, ay-ulduz, dövlət himni Türkiyənin
himni olmalıdır. Bu dövlət Aralıq dənizindəki Şimali Kipr türk
Cümhuriyyəti kimi, Türkiyənin uzaq bəyliyi olacaq və bu bölgədən
Türkiyəyə qarşı bütün hücumlara cavab verəcək. Bundan sonra görünən
yol Krıma, Kərkükə, Şərqi Türküstana, Balkanlara gedən yoldur.
Müharibənin ən bəsit qaydası budur: "ən yaxşı müdafiə
hücumdur".
Türkiyəni bu alov çevrəsindən qurtuluşunun yeganə yolu
genişlənməsi, böyüməsidir və o, bu yolda onun dirilməsini səbirlə
gözləyən Türk dünyası ilə birlikdədir".