Yuxarı

Oğru əməliyyatı: 11 nəfər tutuldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oğru əməliyyatı: 11 nəfər tutuldu

Siyəzən sakini Samirə Cavadovanın "Unibank"dakı hesabından 365 manat çıxarılaraq oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, əvvəllər məhkum olunmuş rayon sakini Sərvər Mirzəyev saxlanılıb.

Kürdəxanıda Şahin Həsənovun evindən isə 500 manat və qızıl üzük oğurlanıb. Hadisəni törətmiş Şamaxı sakini, əvvəllər məhkum olunmuş İsmət Məmmədov, Abşeron sakini Arzu Babayeva, Bakı sakini Ceyhun Hüseynov, Gəncə sakinləri Sahib Abdullayev və qardaşı Elmir tutulublar.

Sabunçuda isə Münəvvər Əliyevanın və Hicran Məmmədovanın evlərindən oğurluq etmiş qrupun digər üzvləri - Bakı sakinləri İlhamə Babayeva, Ədalət Həsənov və Xaliq Sadıqov yaxalanıblar.

Mərdəkan çimərliyində Fuad Abdullayevə və Müseyib Eyvazova məxsus pul və mobil telefon oğurlamış Binə qəsəbə sakini İbrahim Abdullayev də tutulub.

Onun həmin vaxt daha 4 nəfərə məxsus pul və mobil telefonları oğurlaması müəyyən edilib. Səbail rayonunda Günel Zeynalzadəyə məxsus ofisdən notbuk oğurlamış Lənkəran sakini Mərdan Əsədullayev də ələ keçib.

Onun paytaxt sakinləri Süleyman Allahverdiyevə, İsa Musazadəyə məxsus məişət əşyalarını, habelə Abbas Abbasova məxsus avtomobildən 150 manat və bankomat kartı oğurlaması müəyyən edilib.

Tarix
2015.12.10 / 13:06
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla