Yuxarı

Sanksiyaları dəlməklə fayda əldə edirik - Sərkisyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sanksiyaları dəlməklə fayda əldə edirik - Sərkisyan

Antirusiya sanksiyaları kontekstində Qərbdən Ermənistana təzyiq riski mövcud olub və olmaqda davam edir.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş baş naziri Tiqran Sərkisyan deyib.

O, belə bir riskin antiiran sanksiyalarının pik nöqtəsində də mövcud olduğunu xatırladıb.

“Lakin İran Ermənistanın ən yaxın qonşusudur və sanksiyalara baxmayaraq, onunla heç vaxt iqtisadi əlaqələrini kəsməyib. İqtisadi əməkdaşlığın inkişafı Ermənistanın maraqlarından irəli gəlir. Eyni şey indi də Rusiya iqtisadiyyatına qoyulan məhdudiyyətlər fonunda belədir. Ermənistan mövcud vəziyyətdən maksimum fayda əldə etmək üçün hər şeyi etməlidir. Və deməliyəm ki, o, bu faydanı alır", - Sərkisyan bildirib.

O əlavə edib ki, antirusiya sanksiyaları Ermənistana həm risklər, həm də yeni imkanlar yaradır.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Ceyms Obrayen Rusiyaya sanksiyaları dəlməsində Ermənistanın da aktiv yardım etdiyini açıqlayıb.

Ermənistan Rusiyaya sanksiyaların dəlinməsində iştirakına görə milyardlarla dollar gəlir əldə edir.

Tarix
2023.06.08 / 18:46
Müəllif
Axar.az
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla