Yuxarı

Tatlısəsin şərikinə 180 il iş verildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tatlısəsin şərikinə 180 il iş verildi

Məşhur müğənni İbrahim Tatlısəsin keçmiş şəriki Rujdi Səid Qədir adlı iş adamı fırıldaqçılıqda ittiham edilərək 180 il müddətinə azadlıqdan məhrum edilib.

Axar.az xəbər verir ki, 5 il öncə Şimali İraqda inşaat sahəsində İbrahim Tatlısəsin ortağı olan Səid Qədir Duhok şəhərində ev almaq istəyən vətəndaşlardan 9 milyon toplayaraq aradan çıxıb.

Aldadıldığını anlayan 300-dən çox şikayətçi Duhok məhkəməsinə müraciət edib. Bir il aparılan istintaqdan sonra Səid Qədir hər şikayətçiyə görə 6 ay olmaqla 180 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Rujdi Səid Qədir 2010-ci ildə Ərbildə bölgənin ən böyük layihəsi adlandırılan "Dəşti Behişt Tatlısəs" yaşayış kompleksi layihəsində İbrahim Tatlısəs ilə ortaq olduğunu açıqlamış, məşhur sənətçi kompleksin reklam çarxına çəkilmişdi.

Lakin Almaniyada müalicə aldıqdan sonra Şimali İraqda bir tikinti sərgisində iştirak edən Tatlısəs aldadıldığını etiraf edib:

"İndi utanıram və xalqımdan üzr istəyirəm. Millətdən pul yığdı, başqa yerə apardı. Bu adam mənim də pulumu verməyib".

Tarix
2015.12.29 / 19:32
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla