Yuxarı

Tiflisdə erkən nikahla bağlı aksiya keçirildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisdə erkən nikahla bağlı aksiya keçirildi

Tiflisdə parlamentin qarşısında Gürcüstanda erkən nikahla bağlı aksiya təşkil edilib.

Axar.az Report-a istinadən xəbər verir ki, dinc aksiyada yüzlərlə insan iştirak edib.

Aksiyanın keçirilməsinin əsas məqsədi uşaqları qorumaq, onları təhsilə yönəltmək, erkən nikahla bağlı qanunda daha sərt tədbirlərin görülməsi üçün dəyişikliklərin aparılmasıdır.

Dinc aksiyanın təşkilatçılarından biri, hüquq müdafiəçisi Samirə Bayramova bildirib ki, erkən nikah Gürcüstanda tək azərbaycanlıların problemi deyil:

"Gürcüstanın bir çox regionu var ki, statistika azərbaycanlılar yaşayan bölgələrdən daha çoxdur. İmereti ərazisində erkən nikahların statistikası olduqca böyükdür. Statistikaya əsasən, ən çox erkən nikah elə paytaxt Tiflisdə baş verir".

"Gender bərabərliyi, qadın və uşaq hüquqları ilə bağlı Gürcüstanın bütün bölgələrində maarifləndirmə işləri aparırıq, vətəndaşlarla görüşürük. Hər bir kənd, hər bir icma, hər bir məktəbdə bu görüşlərimiz baş tutur və tutacaq", – hüquq müdafiəçisi qeyd edib.

Tarix
2023.10.15 / 21:22
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

TDT hökumət başçılarının görüşü: bəyanat qəbul olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla