Yuxarı

Qazaxıstanda şaxta partladı: ölənlərin sayı artdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstanda şaxta partladı: ölənlərin sayı artdı

09:23

Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada partlayış olub.

Axar.az xəbər verir ki, bu barədə "Arcelormittal Temirtau" şirkətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 16 nəfər həyatını itirib:

“Qəza zamanı şaxtada 252 nəfər olub, onlardan 205-si səthə çıxarılıb. Daha 31 şaxtaçının axtarışları davam edir”.

Hadisənin baş verməsinə səbəb kimi lavada metan qazının partlaması ehtimal olunur.

***

Karaqandada baş verən mədən qəzasında qurbanların sayı 20-yə çatıb.

Bu barədə "Kazinform" məlumat yayıb.

Bildirilib ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev hökumətə "Arcelormittal Temirtau" şirkəti ilə investisiya əməkdaşlığını dayandırmağı tapşırıb.

***

Qazaxıstanda şaxtada qəza qurbanlarının sayı 28-ə çatıb.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

Qazaxıstanın Karaqanda vilayətində şaxtada baş vermiş qəza nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

Bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 14 şaxtaçının axtarışları davam edir.

***

Qazaxıstanda şaxtada qəza qurbanlarının sayı 33-ə çatıb.

Məlumatı Qazaxıstan Fövqəladə Hallar Nazirliyi yayıb.

Bildirilir ki, 13 şaxtaçının axtarışları davam edir.

Tarix
2023.10.28 / 16:54
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla