Yuxarı

Həbsxanada azərbaycanlı gizir mayoru güllələdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həbsxanada azərbaycanlı gizir mayoru güllələdi

Rusiya Federasiyası Komi Respublikasında qadın koloniyasında işləyən azərbaycanlı baş gizir həmyerlisi olan mayoru güllələyib.

APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Mikun şəhərindəki 31 nömrəli koloniyada baş verib. Baş gizir Şahin Əliyev qarovul zamanı qəfildən avtomat götürərək avtomobildə əyləşmiş mayor Xalid Həsənova atəş açıb.

Başından güllə yarası alan mayor hadisə yerində ölüb. Daha sonra Ş. Əliyev intihar məqsədilə iki dəfə özünə atəş açıb, lakin güllələr körpücük sümüyünə və qarnına dəyib, silah əlindən düşüb.

İlkin versiyaya görə, Ş. Əliyev və X. Həsənov dost olublar. Onların münasibətləri Ş. Əliyev mənzil üçün birdəfəlik ödəniş aldıqdan sonra pisləşib. Həmkarlarının dediyinə görə, Ş. Əliyev ötən ilin noyabrında boşanıb və əldə etdiyi pullarla Azərbaycana qayıtmağı planlaşdırıb. X. Həsənov dostunu fikrindən daşındırmağa çalışıb, buna görə dəfələrlə aralarında dava olub və münasibətləri kəskin pisləşib.

Hazırda Ş. Əliyev ağır vəziyyətdə xəstəxanadadır.

Tarix
2016.01.27 / 14:40
Müəllif
Axar.az
Digər xəbərlər

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla