Yuxarı

Nikol Yeni il müraciətində xalqdan üzr istədi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikol Yeni il müraciətində xalqdan üzr istədi - Video

09:00

Ermənistan Baş naziri Nikol Paşinyan Yeni il müraciətində xalqdan üzr istəyib.

Axar.az xəbər verir ki, əvvəlcə iqtisadi yüksəlişdən, maaşların artmasından, rifahdan danışan baş nazir daha sonra keçilən və qarşıda duran sınaqlardan bəhs edib.

“Biz bu yolun böyük hissəsini keçmişik, lakin qarşıda duran yeni sınaqlardan, çətinliklərdən sığortalanmamışıq və müstəqil dövlətə sahib olmaq və o dövləti nəsillərimizə miras qoymaq əzmimizdə tərəddüd etməməliyik.

Mən həmçinin son illərdə yaşadığınız ağrılara görə hər birinizdən, Ermənistan Respublikasının bütün vətəndaşlarından, Qarabağdan qaçqın düşmüş bütün qardaş və bacılarımızdan üzr istəmək istəyirəm.

Sizdən hər hansı bir cinayət törətdiyim və ya bir anlıq olsa da, sizin qarşınızda hansısa məsuliyyəti və ya öhdəliyi unutduğum üçün deyil, sizin hisslərinizi bildiyim və mən də eyni hissi yaşadığım üçün üzr istəyirəm.

Amma bu hiss heç bir halda mənim dövlət başçısı kimi vəzifəmi sarsıda bilməz, bundan belə nəticə çıxır ki, mənim bütün qərarlarım və hərəkətlərim Ermənistan Respublikasının dövlət maraqlarından irəli gəlməlidir. Məhz buna görədir ki, mən regionumuzdakı qonşularımızla münasibətlərin tənzimlənməsi və dərinləşdirilməsi üçün həll yollarının tapılmasını prioritet hesab edirəm və bundan sonra da dövlət naminə, gələcək naminə, gələcək nəsillər naminə o yolu qətiyyətlə gedəcəyəm”, - Paşinyan bildirib.

Tarix
2024.01.01 / 11:17
Müəllif
Axar.az
Digər xəbərlər

Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan

Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

Azərbaycan Pakistana başsağlığı verdi

İran səfiri konsulumuza görə başsağlığı verdi

Azərbaycan dəmir yolu Ermənistana açıqdır – Paşinyan

Bu kəndlərin Azərbaycana qaytarılmasından 2 il ötür

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla