Yuxarı

İmişlidə ağır qəza: ölən və yaralananlar var

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmişlidə ağır qəza: ölən və yaralananlar var

00:47

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə saat 23 radələrində İmişli şəhər Seymur Əzizalıyev küçəsində qeydə alınıb. Qəza zamanı "Toyota" və "Mersedes" markalı minik avtomobilləri toqquşub. Nəticədə iki nəfər ölüb, xəsarət alanlar isə İmişli Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

Mayın 24-də saat 23:00 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (1 qadın, 5 kişi) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

"Yaralılara bədənin müxtəlif nahiyələrinin travması və əzilmiş yaraları, travmatik şok, sol əlin üst səthinin sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti ağır və orta-ağır qiymətləndirilən 2 nəfərin (kişi və qadın cinsli) müalicəsi Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. 3 nəfərin (hər üçü kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Göstərilən zəruri tibbi xidmətlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 1993-cü il təvəllüdlü şəxsin (kişi cinsli) ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib", - məlumatda qeyd edilib.

Qeyd edək ki, hadisə nəticəsində daha bir nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

Tarix
2026.05.25 / 10:24
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla