Yuxarı

Türkiyə: "ABŞ öz səhvini anladı"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə: "ABŞ öz səhvini anladı"

ABŞ bu günə qədər Rusiyaya inanmaqla səhv etdiyini anladı.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, Suriya və İŞİD-in gələcəyi ilə bağlı Rusiya və ABŞ arasında koordinasiya yoxdur:

"Əgər bu iki tərəf arasında koordinasiya olsaydı, Rusiya ABŞ-ın dəstəklədiyi müxalif qüvvələri hədəf almazdı. Türkiyə və ABŞ İŞİD-lə bağlı eyni mövqedən çıxış edir. Əsədin vəzifədən getməsi ilə bağlı məsələdə də fərqli düşünmürük. Əsədin prezidentlikdən uzaqlaşması üçün siyasi həll prosesi əsasdır. Türkiyə Vyana və Cenevrə görüşlərinə dəstək verir. Müxaliflər də bu görüşlərdə iştirak etməlidir. Suriyaya humanitar yardımlar göndərilməlidir. Bunun üçün mühasirələr aradan qalxmalı və Rusiya hücumları dayandırmalıdır. ABŞ və Rusiya İŞİD-lə bağlı eyni fikirdə deyil. Rusiyanın fərqli mövqeyi var. Bu günə qədər ABŞ Rusiyaya inanmaqla səhv etdiyini anladı. ABŞ və avropalılar "Kaş ki, sizi dinləyərdik" dedilər və təəssüfləndiklərini gizlətmədilər. Mən bilirəm ki, PYD və YPG haqqında yanlış düşünən ABŞ bir gün həqiqəti anlayacaq".

Tarix
2016.02.12 / 22:23
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla