Yuxarı

Ermənistanda ultra-müasir silahlar istehsal olunur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanda ultra-müasir silahlar istehsal olunur

Bizdə hərbi sənayedə inqilabi dəyişikliklər var. Ermənistanda istehsal olunan silahlar artıq ordunun ixtiyarına verilib.

Axar.az xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasının deputatı Armen Xaçatryan deyib.

“Bu silahlar bəlkə də dördüncü və ya beşinci nəsildir. Lakin inkişaf etmiş ölkələr var ki, bu silahları hələ istehsal etmir. Tempi qoruyub saxlasaq, 1-2 ildən sonra dünyada erməni nailiyyətləri kimi tanınan yüksək texnoloji işlərimiz olacaq. Ermənistan kiçik ölkədir, hər şeyi istehsal edə bilmir, ultra-müasir, daha çox problemləri həll edən texnika istehsal etməyə çalışırıq və bu hərbi texnika yüksək texnologiyalardan istifadə etməklə istehsal olunur. Əlbəttə ki, bütün bunları uzun müddət gizlətmək mümkün olmayacaq, amma bu anda ən doğru şey çox işləmək və az danışmaqdır”, - o bildirib.

Deputat qeyd edib ki, PUA istehsalı ilə bağlı da planlar var və bu işlər davam etdirilir:

“Azərbaycan və Türkiyə silahlanır və bütün bunları nəzərə alaraq biz qarşımızda duran vəzifələri bilirik və müvafiq tədbirlər görürük. Bir neçə ildən sonra yüksək döyüş qabiliyyətinə malik müasir ordumuz olacaq və yaxın illərdə Ermənistan məhsulları beynəlxalq bazarlarda yaxşı tanınacaq”.

Tarix
2024.02.12 / 10:38
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla