Yuxarı

Rus hakerlər Ermənistana hücum edirlər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus hakerlər Ermənistana hücum edirlər

Erməni kibertəhlükəsizlik ekspertləri iddia edir ki, Rusiya haker qrupları Ermənistanda dövlət əleyhinə işləyir.

Axar.az xəbər verir ki, bu barədə “CyberHUB-AM” qrupunun həmtəsisçiləri Artur Papyan və Samvel Martirosyan deyib.

“Uzun illərdir ki, Ermənistana edilən kiberhücumun Azərbaycan və ya Türkiyədən olduğunu düşünürdülər. Lakin indi ekspertlər başqa istiqamətlərdən həyata keçirilən hücumlardan danışırlar. Ən azı on ildir ki, Ermənistan, xüsusən də diplomatik, hərbi sahənin əməkdaşları, siyasi və jurnalist ictimaiyyəti rus hakerlərin diqqətindədir”, - qrup təmsilçiləri bildiriblər.

Qeyd olunur ki, bu dövlət haker qruplarından ən fəalı Rusiyanın APT 27 komandasıdır:

“Məsələn, APT 27 erməni hərbçiləri “mil.am-a” çox bənzəyən domenlə hədəf alıb və burada saxta “rnil.am” elektron poçtuna giriş səhifəsi yaradıb. Eyni hiylədən Ermənistan Xarici İşlər Nazirliyi məsələsində də istifadə olunub. Rusiya haker qruplarının Ermənistanda çox ciddi fəaliyyətləri var. Bu illər ərzində bir çox alətlər istifadə ediblər. Onlar dəfələrlə təhlükəsizlik qüvvələrinə, Ermənistan iqtisadiyyatının bəzi sahələrinə, məsələn, Ətraf Mühitin Mühafizəsi Nazirliyinə, konsulluqlara, diplomatik xidmətlərə soxulub və ya soxulmağa cəhd ediblər. Dünyada Rusiyanın kiber bölmələrinin həmişə sistemli fəaliyyət göstərməsi və öz maraqları çərçivəsində məlumat əldə etməyə çalışması faktını qəbul etməliyik. Bu aksiom kimidir. O da göz qabağındadır ki, indi müəyyən gərginlik olduğundan aktivlik daha da artacaq”.

Tarix
2024.04.08 / 15:08
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İsanın heykəlini sındırana cinayət içi açılıb – Netanyahu

İranın gizli oyunu: Silahlar yenidən işə düşür?

Bu ölkələrin səfirləri XİN-ə çağırıldı

KTMT-dən Bakı və İrəvan haqda açıqlama

Bayramov Tailandın baş naziri ilə görüşdü - Foto

Bakının bəzi ərazilərində qaz olmayacaq

Yoxsulluq və işsizlik 5% səviyyəsinə düşüb - Prezident

İlham Əliyev sessiya iştirakçılarına müraciət etdi

Bakı və İrəvan sülh sazişini Ankarada imzalayacaq?

Ceyhun Bayramov Banqkokda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla