Yuxarı

Misirdə firon-peyğəmbər tarixi təkrarlanır - İddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Misirdə firon-peyğəmbər tarixi təkrarlanır - İddia

Misirdə Əzhər Universiteti Müqayisəli Fiqh (İslam Hüququ) bölüm başqanı prof.dr.Sadəttin Hilali Müdafiə naziri Əbdülfəttah Sisini Hz.Musaya, Daxili İşlər naziri Məhəmməd İbrahimi Hz.Haruna bənzədib.

"Axar.az" xəbər verir ki, Daxili İşlər Nazirliyi tərəfindən paytaxt Qahirədə təşkil edilən "şəhid polis ailələrini şərəfləndirmə" mərasimində çıxış edən Hilali bu cümlələri işlədib:

"Misirdə tarix təkrarlanır. Bir vaxtlar firona etiraz edən Musa və Harun peyğəmbərlər kimi iki adamın göndəriləcəyini təsəvvür belə edə bilməzdik. Allah Sisi və İbrahimi, Musa və Harun kimi Misirə göndərib. Musa və Harun peyğəmbərlərin firona qarşı apardığı mübarizəni hal-hazırda Müdafiə naziri Sisi və Daxili İşlər naziri İbrahim həyata keçirməkdədir".

Müsəlman Qardaşlar Təşkilatını öz dini fikirlərini diktə etdirməkdə günahlandıran Hilali fikirlərini belə bildirib: "Misirdə "Sizə söylədiyimizdən başqa bir İslam yoxdur" deyənlərin vaxtını yaşayırdıq".

Daxili İşlər naziri İbrahimin iştirak etdiyi tədbirdə Sisi iştirak etməyib.

Tarix
2014.02.08 / 11:30
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla