Yuxarı

Gürcüstan ilə Çin arasında viza rejimi ləğv olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan ilə Çin arasında viza rejimi ləğv olunub.

Axar.az xəbər verir ki, bununla bağlı Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və Çinin Gürcüstandakı səfiri Zou Jianq iki ölkə hökumətləri arasında Gürcüstan vətəndaşlarının Çinə vizasız gediş-gəlişini təmin edəcək “Adi pasport sahibləri üçün viza tələblərindən qarşılıqlı azad edilməsi haqqında” saziş imzalayıblar.

Müqavilə qüvvəyə mindikdən sonra Gürcüstan vətəndaşları Çində 30 gün vizasız qala biləcəklər. Saziş hər iki ölkədə daxili hüquqi prosedurlar başa çatdıqdan sonra qüvvəyə minəcək.

Gürcüstan vətəndaşları üçün vizasız rejimin tətbiqi ilə əlaqədar Çinin “China Southern Airlines” aviaşirkəti yay mövsümündə Gürcüstana uçuşların tezliyini artırmağı planlaşdırır.

Bundan əlavə, vizasız rejim qüvvəyə mindikdən sonra Tiflis ilə Çinin ən böyük şəhərləri arasında birbaşa aviareyslərin açılması məsələsi ilə bağlı müzakirələrə başlanacaq.

Tarix
2024.04.10 / 23:08
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan və Tehran dəhliz məsələsini müzakirə etdi

Azərbaycan strateji körpü rolunu oynayır - Mirziyayev

Konspirasiya nəzəriyyələri iflasa uğradı - Paşinyan

Prezident bu ölkənin səfirini də qəbul etdi

İlham Əliyev İsrailin yeni səfrini qəbul etdi - Foto

Bakı xəbərdarlıq etmişdi, Kreml SOCAR-ı qəsdən vurdu, nəticə...

SOCAR-ın vurulan obyektlərinin bərpası... - Kuleba

Zəngəzur dəhlizi İran üçün yeni fürsətdir - Zərif

SOCAR-ın bazasına hücum: Zelenskidən reaksiya…

Zelenski üçün dəhşətli gün: Trampa imtina cavabı versə...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla