Yuxarı

Tiflisdə etiraz: Xüsusi təyinatlılar hərəkətə keçdi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisdə etiraz: Xüsusi təyinatlılar hərəkətə keçdi - Video

20:08

Tiflisdə parlament binasının girişi qarşısında etirazçılarla polislər arasında növbəti qarşıdurma baş verib.

Axar.az xəbər verir ki, əsasən “Yeni” partiya nümayəndələri olan etirazçılar deputatların və parlament əməkdaşlarının iş yerlərini tərk etmələrinin qarşısını almaq üçün binanın girişində mövqe tutublar.

Polis onlardan ərazidən uzaqlaşmalarını tələb edib, lakin etirazçıların buna məhəl qoymaması səbəbindən tərəflər arasında qarşıdurma yaşanıb. Həbslər barədə məlumat verilmir.

Qeyd edək ki, Tiflisdə ötən gecədən “Xarici agentlər haqqında” qanuna etiraz olaraq mitinq keçirilir.

***

Tiflisdə parlament binası qarşısına xüsusi təyinatlı qüvvələr yeridilib.

***

Xüsusi təyinatlı qüvvələr hazırda mitinq iştirakçılarını ərazidən uzaqlaşdırmağa çalışır.

Etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edilib.

***

Polis etirazçılardan 11 nəfərini saxlayıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif sərt predmetlər atıblar. Nəticədə 1 polis əməkdaşı xəsarət alıb, nazirliyin avtomobilinə ziyan dəyib.

Tarix
2024.04.16 / 23:32
Müəllif
Axar.az
Digər xəbərlər

İsanın heykəlini sındırana cinayət içi açılıb – Netanyahu

İranın gizli oyunu: Silahlar yenidən işə düşür?

Bu ölkələrin səfirləri XİN-ə çağırıldı

KTMT-dən Bakı və İrəvan haqda açıqlama

Bayramov Tailandın baş naziri ilə görüşdü - Foto

Bakının bəzi ərazilərində qaz olmayacaq

Yoxsulluq və işsizlik 5% səviyyəsinə düşüb - Prezident

İlham Əliyev sessiya iştirakçılarına müraciət etdi

Bakı və İrəvan sülh sazişini Ankarada imzalayacaq?

Ceyhun Bayramov Banqkokda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla