Yuxarı

BMT nümayəndələri silahlı hücuma məruz qaldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT nümayəndələri silahlı hücuma məruz qaldı

Suriyanın Homs əyalətində yerli əhaliyə humanitar yardım aparan BMT nümayəndələri silahlı hücuma məruz qalıblar.

Hücum nəticəsində biri nisbətən ağır olmaqla, azı 4 ilkin tibbi yardım işçisi yaralanıb. Silahlı hücum əməliyyatı döyüşlərin qızğın getdiyi bölgələrdən birində baş tutub. Silahlılar BMT nümayəndələrinin avtomobilinə atəş açıblar. Bununla belə, rəsmilər humanitar yardımı lazımi məntəqələrə çatdıra biliblər.

Bir qədər əvvəl Suriya hökuməti döyüşlərdən əziyyət çəkənlərə humanitar yardım edilməsi və mühasirədə olan 2500-dən çox suriyalının təxliyə edilməsi üçün 3 günlük atəşkəs elan etmişdi.

Atəşkəsin kim tərəfindən pozulduğu isə məlum deyil. Bununla belə müxalifət rəhbərliyi hücuma görə, hökumət qüvvələrini günahlandırıb.

Hələb şəhərində isə, hərbi hava qüvvələrinin üsyançılara qarşı əməliyyatlarında növbəti dəfə mülki yaşayış məntəqələri zərbələrə məruz qalıblar. Aviazərbələrdən biri azı 15 nəfərin ölümünə, 30 nəfərin yaralanmasına səbəb olub.

Bu arada, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriya məsələsi ilə əlaqədar amerikalı həmkarı Con Kerri ilə telefon bağlantısı yaradıb. Tərəflər sabah keçiriləcək "Cenevrə - 2" danışıqlarının növbəti mərhələsi ilə bağlı müzakirələr aparıblar. Rusiya xarici işlər nazirliyindən verilən məlumata görə, telefon danışığı Amerika hökumətinin təşəbbüsü ilə baş tutub. (ANS)

Tarix
2014.02.09 / 10:35
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla