Yuxarı

Sərhədlər bağlandı: Kansler tənqid etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərhədlər bağlandı: Kansler tənqid etdi

Balkan ölkələrinin sərhədlərini birtərəfli qaydada miqrantların üzünə bağlaması Almaniya və Yunanıstanı hərəkətə gətirib.

Axar.az xəbər verir ki, bazar ertəsi Brüsseldə baş tutan sammitin ardından Şengen sisteminin davam etdirilməsi qərarı qəbul edən AB üzvləri miqrantların Balkan ölkələrindən keçidinin qarşısının alınması mövzusunda razılaşmışdı.

Ancaq bu qərardan dərhal sonra Sloveniya, Serbiya və Makedoniyanın sərhədləri bağlaması böyük mübahisə yaratdı. Avstriya Daxili İşlər naziri Yohanna Mikl-Lyatner Balkan ölkələrinin yanında yer alacağını açıqladı.

Avropadakı "Balkan çatı"na Tvitterdə münasibət bildirən AB Şurasının rəhbəri Donald Tusk Balkan ölkələrinin qərarını alqışlayıb. Bu mesajlara əsəbiləşən Yunanıstan Baş naziri Aleksis Çipras sosial şəbəkədə Tusku tənqid edib:

"Balkan ölkələrinin sərhədlərini bağlaması qanuni deyil. Belə getsə, AB-nin gələcəyi yoxdur. Donald Tuskdan ortaq qərarların həyata keçirilməsini gözləyirik, bu qərarları pozanları tərifləməsini yox".

Almaniya kansleri Angela Merkel də Balkan ölkələrini tənqid edib. Merkel MDR radiosuna verdiyi açıqlamada miqrant böhranının həllində "milli qərarların" keçmədiyini deyib:

"Problem ölkələrin milli qərar verməsi ilə həll edilə bilməz. Birlik qaydaları çərçivəsində 28 ölkənin də xeyrinə olacaq bir yol tapmaq lazımdır".

Tarix
2016.03.11 / 17:09
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ərdoğan Azərbaycana gəldi

Bakı və İrəvan texniki qruplar yaradır - Yeni reallıq

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı - Video

Azərbaycançılıq vətəndaşlarımızı birləşdirən fəlsəfədir

Sabahın hava proqnozu açıqlandı

Ermənistan o qədər azğınlaşmışdı ki... - Əliyev

Xankəndidə Zəfər Muzeyi olacaq - Prezident

Sərvətlərimiz talandı, məscidlər təhqir olundu

İşğal dövründə dəfələrlə bəyan edirdim... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla