Yuxarı

Zelenskidən Kursk açıqlaması: Planımıza uyğun gedir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenskidən Kursk açıqlaması: Planımıza uyğun gedir

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə hücumu və əldə etdiyi nəticələr barədə şərh verib.

Axar.az Report-a istinadən xəbər verir ki, o, bu barədə Kiyevdə Polşa prezidenti və Litva baş naziri ilə birgə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Dövlət başçısı əməliyyatın mürəkkəb olduğunu diqqətə çatdırıb:

"Vacib olan odur ki, hücum planımıza uyğun gedir. Bu əməliyyatın bir neçə nəticəsi var. Hamısı haqqında danışa bilmərəm. Ancaq Rusiya Federasiyanın şimalından bizə qarşı əməliyyatın dayandırılmasına nail olduq. Qabaqlayıcı zərbə olaraq əməliyyatımız bu tapşırığı yerinə yetirdi. Biz Sum vilayətinin mühasirəyə alınmasının və vilayətin mərkəzi Sum şəhərinin işğal təhlükəsinin qarşısını aldıq".

Ukrayna prezidenti deyib ki, kimsə bu əməliyyatlara görə bufer zonadan danışır və Kursk əməliyyatının hansısa danışıqlar üçün kart rolu oynadığını deyir, amma bu, belə deyil:

"Hansı dialoq? Heç bir kart oynamırıq. Biz tərəfdaşlarımıza çox açıq məlumat veririk. Biz ədalətli sülhə və müharibənin sona çatmasına doğru necə diplomatik yolla irəlilədiyimizi söylədik. Və hamı sülh formulunun və ya sülh sammitinin keçirildiyi yerə dəvət olunub, onu dəstəkləyib və ya sadəcə bu haqda danışıb. Kursk əməliyyatının məqsədlərinə gəlincə, biz inanırıq ki, onlara nail olunacaq. Onların sayı açıq şəkildə sizə söylədiklərimdən çoxdur. Bu əməliyyatın məqsədlərindən biri də Rusiyanın kim olduğunu və onun ölkəmizə müdaxiləsini hələ də anlamayan dövlətlərə reallığı göstərməkdir. Məncə, onlar artıq başa düşüblər. Gördülər ki, bu müharibə Rusiyaya necə baha başa gəlir".

Tarix
2024.08.24 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Belçika Azərbaycana təşəkkür etdi

Səyyad Aranın qalmaqallı sözlərinə deputatlardan reaksiya

Bakıda rekord yağışların səbəbi müharibədir? - Şok açıqlama

29 il öncə Heydər Əliyev Ağ Evin xatirə kitabına nə yazmışdı?

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

Azərbaycanlıların Soyqırımı Günü: XİN bəyanat yaydı

Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür

Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

Ermənistanın dərmir yolları türk ölkəsinə verilir? - Rusiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla