Yuxarı

Ermənistanda yeni konstitusiyanın müzakirəsi başlanılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanda yeni konstitusiyanın müzakirəsi başlanılır

Sentyabrın 5-də Ermənistanda yeni konstitusiyanın müzakirəsinə start veriləcək.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın ədliyyə naziri Qriqor Minasyan bildirib.

Onun sözlərinə görə, sabah komissiyanın iclası keçiriləcək və iclasda Konstitusiya İslahatları Şurasının üzvü Daniel İoannisyanın konstitusiya reqlamentinə sabit səs çoxluğu ilə yenidən baxılması təklifi müzakirə olunacaq.

Nazir deyib ki, konstitusiyaya dəyişikliklər üçün referendum deyil, dəyişdirilə bilən konkret maddələrin müzakirəsi təklif olunub.

“Bu, müzakirə edəcəyimiz yeni bir məsələdir və Şura bununla əlaqədar qərar verəcək. 2027-ci ildə konstitusiya referendumunun keçiriləcəyi ilə bağlı ilkin təsəvvürlər var. O zamanadək hər şeyi təfərrüatı ilə, ictimai müzakirələr vasitəsilə, peşəkar ictimaiyyətlə işləmək üçün kifayət qədər vaxtımızın olması vacibdir”, - nazir vurğulayıb.

O deyib ki, Şuranın üzvləri müxtəlif layihələrdə iştirak edən insanlardır, onlar hər şeyi sakit və hərtərəfli təhlil edə biləcəklər.

“Elə məsələlər var ki, biz onları artıq səsə qoymuşuq, müzakirə etmişik, lakin hələ görüləsi işlər çoxdur. Deyə bilərik ki, sabah yeni konstitusiyanın və yeri gəlmişkən, yeni ideyaların müzakirəsinə start veriləcək”, - nazir əlavə edib.

Tarix
2024.09.04 / 19:32
Müəllif
Axar.az
Digər xəbərlər

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla