Yuxarı

Berdiməhəmmədov baş nazirin müavinini işdən qovdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Berdiməhəmmədov baş nazirin müavinini işdən qovdu

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ticarət kompleksinə, toxuculuq sənayesinə və özəl sektora nəzarət edən Nazirlər Kabineti sədrinin müavini Batır Atdayevi vəzifəsindən azad edib.

Axar.az xəbər verir ki, bu barədə "Neytral Türkmənistan" rəsmi qəzeti xəbər yayıb.

Məlumata görə, Atdayev ona həvalə edilmiş vəzifələrin öhdəsindən gələ bilmədiyi üçün tutduğu vəzifədən azad edilib. Əvvəllər Türkmənistan Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri vəzifəsini tutmuş Nökərqulu Ataquliyev isə Baş nazirin bu sahələrə cavabdeh olan yeni müavini olub. Ona altı ay sınaq müddəti verilib.

Bundan başqa, Berdıməhəmmədov Nazirlər Kabinetinin iclası zamanı həmçinin işində yol verdiyi ciddi nöqsanlara görə ticarət və xarici iqtisadi əlaqələr naziri Beqenç Qoçmollayevi tutduğu vəzifədən azad edib. Nazir müavini vəzifəsini icra edən Kərim Qurbanov müvəqqəti olaraq nazir vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, Atdayev 2022-ci ilin iyunundan Baş nazirin müavini vəzifəsində çalışıb, Qoçmollayev 2022-ci ilin iyulundan ticarət naziri təyin edilib.

Tarix
2024.11.16 / 09:34
Müəllif
Axar.az
Digər xəbərlər

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

Şımkent-Bakı marşrutu bu sahədə əməkdaşlığı genişləndirəcək

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla