Yuxarı

Tramp bu siyasətə davam etsə, Türkiyə ilə problem olacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp bu siyasətə davam etsə, Türkiyə ilə problem olacaq

Trampın Suriyada nə edəcəyi ilə bağlı hələlik kifayət məlumat yoxdur. Bununla belə, onun bəzi yanaşmalarına əsaslanaraq, nə edə biləcəyi ilə bağlı proqnozlar var. Lakin bunu əsas götürsək, düzgün dəyərləndirmə aparmaya bilərik.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“ABŞ Suriyada PKK ilə əməkdaşlıq etdikcə Türkiyə ilə bağlı strateji problem məsələsi təbii ki, davam edəcək. Təhlükəsizlik yönümlü xarici siyasət yürüdən ABŞ əslində Türkiyəni başa düşmək üçün ən yaxşı vəziyyətdə olmalıdır. Bizim vəzifəmiz həm diplomatik gedişlərimizlə, həm də meydandakı addımlarımızla bu məsələdə mövqeyimizi açıq şəkildə nümayiş etdirməkdir. ABŞ Tramp dövründə Suriyadan çəkilmək istədi, buna cəhd etdi. Lakin o vaxtkı ABŞ sistemi buna məhəl qoymadı və razılaşmadı. Prezidentin birbaşa göstərişinin müdafiə bürokratlarının gözündə o qədər də hərbi əhəmiyyət kəsb etmədiyi müşahidə olundu. Təbii ki, Tramp keçmişdə baş verənlərdən nəticə çıxarmalıdır”, - nazir bildirib.

Tarix
2024.11.24 / 08:00
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla