Yuxarı

Qərb bunu etsə, Moskva və Bakı üçün problem olacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərb bunu etsə, Moskva və Bakı üçün problem olacaq

Qərbin can atdığı ən pis ssenari Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhənin açılmasıdır. Qərb qüvvələri Gürcüstan hakimiyyətindən bunu istədi və nəticədə dəfələrlə rədd cavabı aldı.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Mixail Belyayev “Moskva-Bakı”ya müsahibəsində deyib.

“Gürcüstan hakimiyyəti qərblilərlə razılaşmadığı məqamların sayını artırmağa, suveren siyasət yeritməyə cəhd etməyə başlayan kimi, dərhal tufan qopdu. Gürcüstan rəhbərliyi hesab edir ki, indi ölkənin AB-yə inteqrasiyasını müzakirə etmək dövlətə ziyan vuracaq. Hakim Gürcü Arzusu Partiyası Qərbim tələblərini yerinə yetirməkdən imtina etməyə başladı. Ukraynada Qərbin indi Gürcüstana tətbiq etdiyi oyun kartı tam olmasa da, işə yaradı və Rusiyanı bu cür siyasətlərinə qarşı öz resurslarından istifadə etməyə məcbur etdi”, - o bildirib.

Belyayev hesab edir ki, Qərb Gürcüstan və Ermənistanda bu kartı oynaya bilsə, dövlət çevrilişi həyata keçirə və öz himayədarlarını hakimiyyətə gətirə bilsə, bu, həm Rusiya, həm də Azərbaycan, İran və Türkiyə üçün problem olacaq:

“Bölgə alovlanacaq. Ermənistanda qərbyönlü Paşinyan hələ də ehtiyatlı davranır və iki kresloda oturur. O, hələ də Rusiya ilə münasibətdən lazım olanı götürür, eyni zamanda Qərbin tələblərini yerinə yetirir. Bu ikili oyunu görən Qərb artıq Ermənistan baş nazirinin cilovunu möhkəm saxlamağa və ölkədəki qərbyönlü partiyaları daha da nüfuzlu etməyə çalışmağa qərar verib”.

Tarix
2024.12.03 / 15:12
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla