Yuxarı

ABŞ Ukraynadan nəticə çıxardı: Yeni sistem tətbiq edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Ukraynadan nəticə çıxardı: Yeni sistem tətbiq edir

Ukraynanın rus hərbçilərinə qarşı pilotsuz təyyarələrdən istifadə təcrübəsi ABŞ ordusunu öz pilotsuz sistemlərini qurmaqda strateji səhvlərdən xilas etdi.

Axar.az xəbər verir ki, bu barədə “Air And Space Forces Magazine” məlumat yayıb.

Qeyd olunur ki, 2023-cü ilin sentyabrında Pentaqon “Replicator” proqramını işə salıb. Bu proqram çərçivəsində ABŞ qoşunlarının PUA-lar və düşmənin dronlarına qarşı mübarizə vasitələri ilə təmin edilməsi planlaşdırılır.

Pentaqonun Müdafiə İnnovasiyaları İdarəsinin direktor müavini Aditi Kumarın sözlərinə görə, bu layihənin birinci mərhələsi - minlərlə aşağı qiymətli avtonom platformanın qoşunlara çatdırılması - 2025-ci ilin iyul ayına qədər tamamlanmalıdır:

"Bundan sonra ikinci mərhələ başlayır - dron əleyhinə sistemlərin tədarükü".

"Replicator" proqramının həyata keçirilməsi problemlərindən danışan Kumar Ukrayna təcrübəsinin Pentaqon üçün çox faydalı olduğunu etiraf edib:

"Ukrayna təcrübəsi bizim üçün çox faydalı oldu və proqram yeniləmələrinin üç-dörd həftə ərzində baş verməli olduğunu göstərdi".

Onun sözlərinə görə, Pentaqon ABŞ silahlarının proqram təminatının yenilənməsi üçün heç vaxt kifayət qədər maliyyə ayırmayıb, ona görə də yeniləmələr sürətli olmayıb.

Tarix
2024.12.16 / 09:17
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla