Yuxarı

Aktaudakı qəzada xəsarət alan 9 rusiyalı təxliyə edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aktaudakı qəzada xəsarət alan 9 rusiyalı təxliyə edildi

Aktaudan Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) İl-76 təyyarəsi Moskvaya istiqamət götürüb. Təyyarə xəsarət alan 9 rusiyalı, o cümlədən bir uşağı müalicə üçün Rusiyanın paytaxtına çatdıracaq.

Axar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın FHN-nin mətbuat xidməti məlumat yayıb.

“Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan Rusiya vətəndaşlarının olduğu FHN-nin xüsusi təyyarəsi Aktau hava limanından uçub. Təyyarədə bir uşaq daxil olmaqla, doqquz nəfər var”, - məlumatda qeyd edilib.

Məlumata əsasən, Rusiyanın FHN-nin Təcili Psixoloji Yardım Mərkəzinin bazasında açılmış qaynar xəttin 24 saat fəaliyyəti davam edir. Psixoloqlar, həmçinin Çeçenistanda zərərçəkənlərin və həlak olanların ailələri ilə işləyirlər.

Tarix
2024.12.26 / 09:31
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla