Ana səhifə Planet |
Özbəkistanda Milli Dirəniş (Milli Tiklaniş) Partiyasının lideri Əlişir Kadırov Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğramasından sonra Özbəkistan Hava Yollarına məxsus təyyarələrin Rusiyaya uçuşlarını niyə davam etdirdiyini sorğulayıb.
Axar.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.
“Rusiya hava məkanı təhlükəsizdirmi? Özbəkistan Hava Yolları ilk növbədə vətəndaşlarımızın təhlükəsizliyini düşünməlidir. “Milli Tiklaniş” vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilən tədbirlərə aydınlıq gətirmək məqsədilə Nəqliyyat Nazirliyinə və “UzAirways”ə rəsmi sorğu göndərmək niyyətindədir”, - o bildirib.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsinin Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub qəzaya uğramasından sonra bir neçə ölkənin hava yolları Rusiyaya uçuşlarını müvəqqəti dayandırıb.
Tarix
2024.12.28 / 17:27
|
Müəllif
Zeynəb Əkbər
|