Yuxarı

Təyyarə qəzasını araşdıran komissiyanın statusu artırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktau yaxınlığındakı təyyarə qəzasının araşdırılması üzrə komissiyanın statusu artırılıb.

Axar.az xəbər verir ki, bunu hökumət komissiyasına rəhbərlik edən Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev deyib.

Baş nazirin müavini qeyd edib ki, bundan sonra komissiyaya nəqliyyat naziri Marat Karabayev rəhbərlik edəcək:

"Yəni biz bununla komissiyanın statusunu nazir səviyyəsinə qaldırırıq”.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Hadisə ilə bağlı Rusiya lideri Vladimir Putin Prezident İlham Əliyevə zəng edərək, üzr istəyib.

Tarix
2024.12.28 / 18:54
Müəllif
Axar.az
Digər xəbərlər

Qəzaya uğrayan təyyarənin quşla toqquşduğu an - Video

Rusiya da razılaşdı: Əliyevin bu şərti qəbul edilir

Putinin üzr zəngində 2 vacib məqam: Ukraynaya eyham…

Qəzada həlak olanların nəşinin müayinəsi başladı

Pezeşkianın istefasını niyə istəyirlər? - Video

Qəzada həlak olan 24 nəfərin nəşi Bakıya gətirildi

Zelenskidən kəşfiyyata AZAL təyyarəsi ilə bağlı göstəriş!

Bu köçkünlərə Qarabağda ev də verilməyəcək?

Putin “Rusiyada olduğu üçün” üzr istədi: Bəs, sonra?

Ceyms Obrayen Azərbaycana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla