Yuxarı

Putin Əsəddən sonra onu inandırmağa çalışır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Əsəddən sonra onu inandırmağa çalışır

Rusiya Prezidenti Vladimir Putin Afrikadakı əsas müttəfiqini – Mərkəzi Afrika Respublikasını Suriyada Əsəd rejiminin süqutundan sonra Kremlin dəstəyinə arxalana biləcəyinə inandırmağa çalışır.

Axar.az xəbər verir ki, bu barədə “Tayms” nəşri məlumat yayıb.

Beynəlxalq əlaqələr üzrə ekspert Samuel Ramani qeyd edir ki, üsyançıların Suriyadakı son uğurları MAR Prezidenti Tuaderanı alternativ təhlükəsizlik təminatlarını nəzərdən keçirməyə vadar edə bilər.

Rusiya MAR-da hərbi baza açmağa çalışır, lakin hələlik heç bir razılıq əldə olunmayıb.

"Düşünürəm ki, ruslar onun tərəddüd edə biləcəyini hiss edirlər və buna görə də onun hakimiyyətini gücləndirmək istəyirlər. ABŞ Mərkəzi Afrika Respublikasında nüfuz uğrunda rəqabət aparmaq fikrindən əl çəkməyib", - Ramani vurğulayıb.

Qeyd olunur ki, 2023-cü ildə "Vaqner" qüvvələri Tuaderaya prezidentlik müddətinə məhdudiyyətləri aradan qaldıran referendumun təşkilinə və qalib gəlməsinə kömək edib. Referendum üsyançı qüvvələrin ölkənin əksər hissəsini nəzarətdə saxlamasına və əhalinin üçdə birinin döyüşlər nəticəsində didərgin düşməsinə baxmayaraq baş tutub.

Xatırladaq ki, MAR Prezidenti Tuadera bu yaxınlarda Rusiyada səfərdə olub.

Tarix
2025.01.17 / 09:08
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla