Yuxarı

İspaniyada kanat qırıldı: 30-dan çox insan...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İspaniyada kanat qırıldı: 30-dan çox insan...

Bu gün Pireneydəki Astun dağ-xizək kurortunda kanatda qəza baş verib.

Axar.az xəbər verir ki, ilkin məlumatlara görə, qəzaya səbəb trosun qırılması olub, nəticədə 30-dan çox insan xəsarət alıb.

Məlumatda qeyd olunub ki, zərərçəkənlərin 17-sinin vəziyyəti ağır və ya orta-ağır qiymətləndirilir.

Yardım göstərmək üçün hadisə yerində səhra xəstəxanası yaradılıb və orada xəsarət alanların ilkin müayinəsi aparılır. Yaxınlıqdakı bütün tibb müəssisələri tam hazırlıq vəziyyətinə gətirilib.

Xilasetmə əməliyyatında tibbi helikopterlər, yanğınsöndürənlər, 10 təcili tibbi yardım maşını və psixoloqlar qrupu iştirak edir.

Astun stansiyası müvəqqəti olaraq bağlanıb. Araqonun rəhbəri Xorxe Askon və maliyyə müşaviri Roberto Bermudez de Kastro faciənin miqyasını qiymətləndirmək üçün hadisə yerinə gediblər.

Yaralıların yaxınları üçün qaynar xətt yaradılıb. İstintaq qəzanın səbəblərini müəyyənləşdirir, lakin əsas versiya kanatın trosunun qırılmasıdır.

Tarix
2025.01.18 / 19:58
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla