Yuxarı

Koreyalı hərbçi “Kim Çen uğrunda” deyib, özünü partlatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koreyalı hərbçi “Kim Çen uğrunda” deyib, özünü partlatdı

Şimali Koreya qoşunları ağır itki verərək Kursk vilayətində cəbhə xəttindən müvəqqəti olaraq geri çəkilib.

Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.

Məlumata görə, Şimali Koreya döyüşçüləri ya Ukrayna ordusu ilə ilk toqquşmalar zamanı buraxılmış səhvlərdən dərs alır, ya yaralıları müalicə edir, ya da əlavə qüvvələr gözləyir:

“İlk vaxtlar Şimali Koreya hərbçiləri PUA-lar və artilleriyanın yaratdığı ciddi təhlükədən xəbərsiz idi. Əvvəlcə onların taktikası 20, 40 və hətta 60 nəfərlik qruplar şəklində piyada hücumlardan ibarət idi ki, bu da onları Ukrayna hərbçiləri üçün asan yem edirdi”.

Ukraynalı hərbçilər “Skay Nyus”un jurnalistinə deyiblər ki, koreyalı hərbçilər döyüş zonasında varlıqlarını silməyə çalışırlar:

“Ağ dəbilqəli koreyalıların dəfələrlə döyüş meydanından öz yaralı və meyitlərini götürdüklərinin şahidi olmuşuq. Bundan başqa, Şimali koreyalı hərbçilər qəti şəkildə əsir düşməkdən imtina edirlər. Onlar əsir düşməmək üçün tez-tez özlərini partladırlar. Hətta bir şimali koreyalı hərbçi “General Kim Çen İn uğrunda” deyərək, qumbara ilə özünü partladıb”.

Kanal ukraynalı hərbçilərə istinadla bildirib ki, koreyalı və ruslar arasında çox pis koordinasiya mövcuddur:

“Xüsusilə dil problemləri var. Radioəlaqənin ələ keçirilməsi zamanı bəlli oldu ki, koreyalılar səhvən rusların mövqelərini bombalayıblar”.

Tarix
2025.01.27 / 13:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla