Yuxarı

“Rusiya məhv edilməlidir” qalmaqalı: Simonyan rədd edildi!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Joxovurd” qəzeti Ermənistan parlamentinin spikeri Alen Simonyanın onları məhkəməyə verməklə hədələməsindən sonra da təkzib dərc etməkdən və yazını silməkdən imtina edib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qəzet İrəvanda qapalı keçirilən görüşdən sonra Baltikyanı ölkələrin nəşrlərini də araşdırıb:

“Görüş son dərəcə antirusiya ab-havasında keçib, bunu Latviya və Estoniya parlamentlərinin rəsmi açıqlamaları da sübut edir”.

Nəşr bugünkü sayında vurğulayıb ki, antirusiya bəyanatlarından sonra Simonyan faktla üzləşib:

“O, rusiyalı həmkarları qarşısında özünə necə haqq qazandıracağını bilmir (bildiyiniz kimi, indi Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Ermənistana səfəri hazırlanır - red.)”.

Nəşr parlamentdəki mənbələrinə istinadən yazır ki, Rusiyadan ya bu iddiaları təkzib edib qəzeti məhkəməyə vermək, ya da açıq danışmaq üçün çağırışlar edilib, bundan sonra Simonyan öz sözlərindən geri çəkilmək qərarına gəlib.

Qəzet parlamentə müraciət edərək, iclasın səs yazısının təqdim olunmasını tələb edib:

“Tələb etdik ki, bütün səs yazısı redaktə edilmədən təqdim olunsun. Əgər Simonyan öz ifadələrində bu qədər arxayındırsa, bu səs yazısını bizə təqdim etməlidir”.

Qeyd edək ki, Simonyan Baltikyanı ölkələrin parlamentarilərilə qapalı görüşdə Rusiyanı sərt tənqid edib. Simonyan işıqlandırılmayan görüşdə vurğulayıb ki, Rusiyanı məğlub etmək, məhv etmək lazımdır ki, Ermənistanda və Baltikyanı ölkələrdə hər şey yaxşı olsun.

Tarix
2025.01.30 / 12:31
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Quterreş Bakı-İrəvan müzakirələrini alqışladı

Sülh sazişi nə vaxt imzalana bilər?

Nikol niyə bu barədə Makrona yox, Putinə məlumat verdi

ABŞ narahatdır: Üç ölkə ona qarşı birləşib

Rusiya həmişə Bakı və İrəvanla bağlı bunun tərəfdarı olub

Bayramov Şarl Mişellə görüşdü

Rubiodan bəyanat: Bakı və İrəvana çağırış edildi

Paşinyan Putinə Bakı ilə sülh sazişindən danışdı

Qondarma rejimin “ordusu” onlara tabe olub - Saakyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla