Yuxarı

Dəhşətli zəlzələ xəbərdarlığı – Türkiyə hərəkətə keçdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəhşətli zəlzələ xəbərdarlığı – Türkiyə hərəkətə keçdi

Son günlər Egey dənizində müşahidə edilən seysmik aktivliklə əlaqədar Türkiyədə mütəxəssislərdən ibarət xüsusi nəzarət qrupu yaradılıb. Ölkənin İzmir, Aydın və Muğla bölgələrinə mümkün sunami və fövqəladə vəziyyətlərdə əhalini xəbərdar etmək üçün mobil siqnal sistemləri göndərilib, əlavə AFAD heyəti və texnika cəlb edilib. Bu vilayətlərdə sabahdan etibarən məlumatlandırma toplantıları keçiriləcək. Ölkədə SMS xəbərdarlıq sistemi tam hazır vəziyyətə gətirilib. Sunami erkən xəbərdarlıq sistemi xüsusi tətbiqə inteqrasiya edilib. Bütün bunlarla bağlı Türkiyə ilə Yunanıstan universitetləri və tədqiqat mərkəzləri arasında elmi məlumat mübadiləsi aparılır.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) son günlər Egey dənizindəki Santorini adasında müşahidə edilən seysmik aktivlik və mümkün risklərlə bağlı toplantısının nəticələrinə dair açıqlamasında məlumat verilib.

Görüşdə Türkiyənin Hidrometeorologiya Baş İdarəsi, Qəndilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun alim-tədqiqatçıları iştirak ediblər.

Bildirilib ki, bu il fevralın 7-dək Egey dənizinin Yunanıstanın Santorini adası ətrafında 3 baldan böyük 761 zəlzələ qeydə alınıb. Yeraltı təkanlar, ən şiddətlisi 5,2 bal gücündə olmaqla, əsasən Santorini adasının 25 km şimal-şərqində, dənizin 5-25 km dərinliyində baş verir. Bölgədəki aktivlik əsasən Kolumbo sualtı vulkanının yerləşdiyi ərazidə cəmlənib.

Burada ən sonuncu vulkan püskürməsi 1950-ci ildə, bölgədəki ən böyük zəlzələ isə 1956-cı ildə 7,5 bal gücündə baş verib. Hazırkı seysmik aktivlik çox aşağı ehtimal da olsa vulkan püskürməsinə səbəb ola bilər. 2011-2012-ci illərdə bölgədə bənzər aktivlik müşahidə edilib və 14 ay davam edib. Lakin heç bir vulkan püskürməsi qeydə alınmayıb.

Püskürmə baş verəcəyi təqdirdə havaya yayılan vulkanik kül və sunami təhlükəsi Türkiyəyə təsir göstərə bilər.

İclasda Santorini adası və ətrafında artan seysmik aktivlik nəticəsində baş verə biləcək güclü zəlzələ, sunami və ya vulkan püskürməsinin Türkiyə sahilləri üçün yarada biləcəyi təhlükələr, buna qarşı görülən tədbirlər və hazırlıq planları geniş müzakirə edilib.

Tarix
2025.02.09 / 16:42
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla