Yuxarı

Trampın zəngi: Dünya dəyişəcək, yeni Yalta başlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın zəngi: Dünya dəyişəcək, yeni Yalta başlayır

ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra təkcə Moskva ilə Vaşinqton arasında deyil, həm də Moskva ilə Pekin arasında münasibətlər dəyişəcək. Bəli, dünyada çox şey dəyişəcək.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Vitali Arkov Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın telefon danışığını şərh edərkən deyib.

“Odur ki, Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi ilə bağlı Moskvaya səfər edəcək Si Szinpinlə Vladimir Putin arasında danışıqlar proqramına ciddi düzəlişlər ediləcəyini güman etmək məntiqlidir. Həmçinin Tramp Putinin Moskvaya səfər etmək dəvətini qəbul edib. Səfərin həm də Böyük Qələbənin ildönümünə təsadüf edəcəyini istisna etmək olmaz. Belə olsa, zəmanəmizin üç böyük dövlətinin liderlərinin müharibədən sonrakı dünya nizamı ilə bağlı razılığa gəldiyi yeni Yalta Konfransına şahidi olacağıq. Dünən Kremlin dəvətinə naz edən və buna öz şərtlərini diktə etməyə çalışan postsovet respublikalarının (təkcə postsovet yox!) rəhbərləri bu gün Moskvaya çatmaq üçün var gücü ilə çalışacaq. Onların bəziləri bu gün artıq Moskvaya qarşı iddialarından əl çəkib, sanki ümumiyyətlə, belə bir şey olmayıb. Sürətlə dəyişən tendensiyaları dərhal hiss etmək böyük eqoları olan kiçik bufer ərazilərin hökmdarlarına məxsus haldır”, - o bildirib.

Tarix
2025.02.13 / 10:18
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla