Yuxarı

Trampın Putinlə sülh sövdələşməsi - Avropadan reaksiya şok etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir çox avropalı siyasətçi Donald Trampın Putinlə gözlənilən görüşü ilə bağlı açıqlamalarına, Tramp və onun müdafiə naziri Pit Heqsetin Ukraynanın itirdiyi torpaqların geri qaytarılmasının real olmadığına dair arqumentlərinə reaksiya verib. Bəziləri Ukrayna və Avropa olmadan sülh danışıqlarının mümkün olmadığını, bəziləri isə danışıqlara başlamamışdan əvvəl belə şifahi güzəştləri həm Ukrayna, həm də Qərbin maraqlarına xəyanət adlandırır.

Axar.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qeyd olunur ki, Trampın Vaşinqtonda Putinlə söhbətindən danışdığı bir vaxtda Avropanın aparıcı ölkələrinin xarici işlər nazirləri Parisdəki görüşdə müharibəni müzakirə edirdi. Onlar yekun bəyanatda bildiriblər ki, ölkələri Ukraynaya yardımı artırmağa və onun ərazi bütövlüyünü dəstəkləməyə hazırdır.

“Ukraynaya yardımımızı artırmağa hazırıq. Rusiyanın hərbi təcavüzü qarşısında onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyimizi bəyan edirik. Ümumi məqsədimiz ədalətli, hərtərəfli və davamlı sülh əldə olunana qədər Ukraynanı dəstəkləməyə davam etməkdir”, - Fransa, Almaniya, Polşa, İtaliya, İspaniya və Böyük Britaniyanın xarici işlər nazirləri, həmçinin AB-nin xarici siyasət və müdafiə departamentlərinin rəhbərlərinin bəyanatında deyilir.

Vurğulanıb ki, Avropa sülh danışıqlarında mütləq iştirak etməlidir və bunu Amerika müttəfiqləri ilə müzakirə etmək niyyətindədirlər.

“Ukraynanın müstəqilliyi və ərazi bütövlüyü müzakirə mövzusu deyil. İndi prioritetimiz Ukraynanı gücləndirmək və effektiv təhlükəsizlik təminatları vermək olmalıdır. Avropa istənilən danışıqlarda mərkəzi rol oynamalıdır”, - AB-nin xarici siyasət departamentinin rəhbəri Kaya Kallas bildirib.

Almaniyanın xarici işlər naziri Annalena Berbok Trampın bəyanatlarını şərh edərkən qeyd edib ki, ayrı-ayrılıqda danışıqlar aparıla bilməz:

“Sülh yalnız birgə səylərlə əldə edilə bilər. Yəni Ukrayna ilə və avropalılarla. Avropaya sülhün qayıtması üçün bu yolu birlikdə getməliyik”.

Polşanın Baş naziri Donald Tusk da eyni ruhda danışıb:

“Hamımız yalnız sülh istəyirik. Ədalətli sülh. Ukrayna, Avropa və ABŞ bunun üzərində birgə işləməlidir. Birlikdə”.

İsveçin keçmiş baş naziri və Avropa Şurasının xarici əlaqələr üzrə həmsədri Karl Bildt Tramp və Heqsetin bəyanatlarını 1938-ci ildə Münhendə Hitlerlə danışıqlar zamanı Avropa liderlərinin hərəkətləri ilə müqayisə edib:

“Sözsüz ki, danışıqlara başlamazdan əvvəl çox böyük güzəştlərə getmək innovativ bir yanaşmadır. Hətta Çemberlen 1938-ci ildə bu qədər aşağı enməmişdi. Və Münhen pis başa çatdı”.

Trampın daxili siyasi rəqibi, demokrat senator Adam Şiff prezident və müdafiə nazirini Ukraynanın və ABŞ-ın maraqlarına xəyanət etməkdə ittiham edib:

“Gəlin hər şeyi öz adı ilə çağıraq: bu, hələ danışıqlar başlamamış Ukraynanın maraqlarının və bizim maraqlarımızın təslimiyyətidir. Tramp, əlbəttə ki, Kremlə fayda verən sövdələşmələr etməkdə böyük mütəxəssisdir”.

Latviyanın xarici işlər naziri Bayba Braje vurğulayıb ki, Ukrayna istənilən sülh danışıqlarında mütləq iştirak etməlidir və danışıqların uğurlu olması üçün Rusiya müharibədə tükənməlidir:

“Sülh müqaviləsi əldə etmək üçün Rusiyanı döyüş meydanında zəiflətmək lazımdır. Rusiya siyasəti, iqtisadiyyatı, dini, mediası, özəl sektoru - bunların hamısı indi müharibəyə yönəlib. Ona görə də Rusiyanı sülhə məcbur etmək lazımdır”.

Tarix
2025.02.13 / 13:44
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycan QHT-ləri Tramp və Maska müraciət etdi

Tramp Bakının da iştirakçısı olduğu dəhlizi bloklayır

Ermənistanda nə qədər əhali var? – Fransa nəşri

Somali prezidenti Səngəçal neft terminalında oldu

İrəvandan Zəngəzur dəhlizi ilə bağlı daha bir açıqlama

Erməni dərsliklərindən “Qarabağ mövzusu” çıxarıldı

Bakı “Sputnik Azərbaycan” və BCC ilə bağlı qərar verdi

Putinin "qisası": İlham Rəhimovun bazarı bağlanır?

Azərbaycan beynəlxalq arenada önəmli aktora çevrilir

Əliyevdən Suriya açıqlaması: Buna hazırıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla